Ermənistanda müxalifətçi Artur Venetsiyan Nikol Paşinyanın qətl planını hazırlamaq ittihamı ilə həbs edildi
Ermənistanda müxalifətçi Artur Venetsiyan Nikol Paşinyanın qətl planını hazırlamaq ittihamı ilə həbs edildi

Ermənistanda “Vətən” adlı müxalifət partiyasının lideri Artur Venetsiyan həbs edildi.

Bu haqda məlumatı yerli medya Artur Venetsiyanın vəkili, Lusine Saakyana istinadən yayır.

Erməni medyasının məlumatına görə, həbs edilən şəxs iqtidarı zorla ələ keçirmək cəhdi və ölkənin baş naziri Nikol Paşinyanın qətl planını hazırlamaqla ittiham edilir.