Ermənistanda koronavirusun 903 yeni halı aşkar edildi, 43 pasiyent vəfat etdi
Ermənistanda koronavirusun 903 yeni halı aşkar edildi, 43 pasiyent vəfat etdi

Ermənistanda son 24 saat ərzində koronavirusun 903 yeni halı aşkar edildi, 897 pasiyent m Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 20 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 272 356 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 5 549 insan vəfat edib, 248 267 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 16 959 pasiyent müalicəsini davam etdirir.