Ermənistanda koronavirusun 665 yeni halı qeydə alındı.
Bu haqda məlumatı Ermənistanın baş naziri Nikol Paşinyan sosiyal şəbəkədə yayıb.
Ermənistanın dövlət başçısı qeyd edir ki, əhali tibbi maskaları taxmır.
“Nəyi düz etmirik ki, əziz vətəndaşlarımız öz sağlamlıqlarını təhlükəyə atmağa davam edirlər? Vətəndaşlarla dialoq yolu ilə yaradılan iqtidarımız indi onlarla məcbur etmək dili ilə mi danışmalıdır ki, onlar öz dəyərli sağlamlıqlarına qayğı göstərsinlər?” – yazır Nikol Paşinyan.
Epidemiyanın başladığı gündən Ermənistanda koronavirus 18 000-dən artıq insanda təsdiqləndi.