Ermənistanda koronavirusun 507 yeni halı aşkar edildi, 14 pasiyent vəfat etdi
Ermənistanda koronavirusun 507 yeni halı aşkar edildi, 14 pasiyent vəfat etdi

Ermənistanda son 24 saat ərzində koronavirusun 507 yeni halı aşkar edildi, 489 pasiyent müalicə olunaraq sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 14 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 253 600 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 5 101 insan vəfat edib, 236 088 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 10 766 pasiyent müalicəsini davam etdirir.