Ermənistanda koronavirusun 504 yeni halı aşkar edildi, dörd pasiyent vəfat etdi
Ermənistanda son 24 saat ərzində koronavirusun 504 yeni halı aşkar edildi, 157 pasiyent müalicə olunaraq sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Ölkədə son bir gün ərzində koronavirusdan dörd pasiyent vəfat etdi.
Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 235 675 halı qeydə alınıb.
Virus nəticəsində ölkədə 4 716 insan vəfat edib, 223 227 pasiyent müalicə olunaraq sağalıb.
Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 6 593 pasiyent müalicəsini davam etdirir.