Ermənistanda koronavirusun 494 yeni halı aşkar edildi, 18 pasiyent vəfat etdi
Ermənistanda koronavirusun 494 yeni halı aşkar edildi, 18 pasiyent vəfat etdi

Ermənistanda son 24 saat ərzində koronavirusun 494 yeni halı aşkar edildi, 390 pasiyent müalicə olunaraq sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 18 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 254 436 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 5 161 insan vəfat edib, 236 968 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 11 114 pasiyent müalicəsini davam etdirir.