Ermənistanda koronavirusun 423 yeni halı aşkar edildi, doqquz pasiyent vəfat etdi
Ermənistanda son 24 saat ərzində koronavirusun 423 yeni halı aşkar edildi, 337 pasiyent müalicə olunaraq sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Ölkədə son bir gün ərzində koronavirusdan doqquz pasiyent vəfat etdi.
Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 245 025 halı qeydə alınıb.
Virus nəticəsində ölkədə 4 911 insan vəfat edib, 229 113 pasiyent müalicə olunaraq sağalıb.
Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 9 837 pasiyent müalicəsini davam etdirir.