Ermənistanda koronavirusun 410 yeni halı aşkar edildi
Ermənistanda koronavirusun 410 yeni halı aşkar edildi

Ermənistanda son 24 saat ərzində koronavirusun 410 yeni halı aşkar edildi, 720 pasiyent müalicə olunaraq sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 17 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 213 288 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 4 018 insan vəfat edib, 194 080 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 14 499 pasiyent müalicəsini davam etdirir.