Ermənistanda koronavirusun 342 yeni halı aşkar edildi, 12 pasiyent vəfat etdi
Ermənistanda son 24 saat ərzində koronavirusun 342 yeni halı aşkar edildi, 490 pasiyent müalicə olunaraq sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Ölkədə son bir gün ərzində koronavirusdan 12 pasiyent vəfat etdi.
Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 253 942 halı qeydə alınıb.
Virus nəticəsində ölkədə 5 143 insan vəfat edib, 236 578 pasiyent müalicə olunaraq sağalıb.
Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 11 029 pasiyent müalicəsini davam etdirir.