Ermənistanda koronavirusun 327 yeni halı aşkar edildi, 14 pasiyent vəfat etdi
Ermənistanda son 24 saat ərzində koronavirusun 327 yeni halı aşkar edildi, 667 müalicə olunaraq sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Ölkədə son bir gün ərzində koronavirusdan 14 pasiyent vəfat etdi.
Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 340 723 halı qeydə alınıb.
Virus nəticəsində ölkədə 7 683 insan vəfat edib, 321 106 pasiyent müalicə olunaraq sağalıb.
Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 10 729 pasiyent müalicəsini davam etdirir.