Ermənistanda koronavirusun 175 yeni halı aşkar edildi, üç pasiyent vəfat etdi
Ermənistanda koronavirusun 175 yeni halı aşkar edildi, üç pasiyent isə, vəfat etdi.
Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə istinad edərək yayır.
29 avqust göstəriciləri ilə, epidemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 43 626 halı qeydə alındı. Buradan 37 mindən artıq pasiyent sağalıb.