Ermənistanda koronavirusun 145 yeni halı aşkar edildi, 12 pasiyent vəfat etdi
Ermənistanda koronavirusun 145 yeni halı aşkar edildi, 12 pasiyent vəfat etdi

Ermənistanda son 24 saat ərzində koronavirusun 145 yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır. Ölkədə son bir gün ərzində koronavirusdan 12 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 217 008 halı qeydə alınıb, 200 472 pasiyent müalicə olunaraq sağalıb. Virus nəticəsində ölkədə 4 139 insan vəfat edib.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 11 361 pasiyent müalicəsini davam etdirir.