Ermənistanda koronavirusa 2117 yeni yoluxma halı qeydə alınıb, 46 pasiyent vəfat edib
Ermənistanda son 24 saat ərzində koronavirusa 2117 yeni yoluxma halı qeydə alınıb, 2283 pasiyent sağalıb. Eyni zamanda, son sutka ərzində ölkədə “Covid-19”-dan 46 pasiyent dünyasını dəyişib, daha 9 pasiyentin vəfatına səbəb kimi başqa xəstəliklər göstərilib.
Bu barədə məlumatı Ermənistan mətbuatı ölkənin Səhiyyə Nazirliyinə istinadən yayıb.
Ötən sutka ərzində Ermənistanda koronavirus ilə əlaqədar 10 469 ədəd test aparılıb. Noyabrın 6-na olan vəziyyətə görə, pandemiya başlayandan bu günədək ölkədə koronavirusa 319 016 yoluxma faktı aşkarlanıb, onlardan 279 148 pasiyent sağalıb.
Pandemiyanın başlamasından bu günədək, rəsmi məlumatlara görə, Ermənistanda ümumilikdə 6628 nəfər koronavirusdan vəfat edib. 1332 yoluxmuş şəxsin vəfatına səbəb kimi digər xəstəliklər göstərilib.