Ermənistanda etiraz aksiyaları davam edir, hüquq-mühafizə orqanları hazırda İrəvanın Respublika meydanında səfərbər olunub
Ermənistanda etiraz aksiyaları davam edir, hüquq-mühafizə orqanları hazırda İrəvanın Respublika meydanında səfərbər olunub

Ermənistanda etiraz aksiyaları davam edir. Medianın məlumatına görə, hazırda İrəvanın Respublika meydanında hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər olunub.

Ermənistanın paytaxtında davam edən etiraz aksiyasının iştirakçıları ölkənin baş naziri Nikol Paşinyana istefa verməsi üçün dünən saat 20:00-a qədər vaxt veriblər. Bu tələbi mitinqdə arxiyepiskop Baqrat Qalastyan açıqlayıb. Bundan əlavə, onun sözlərinə görə, mayın 10-dan Ermənistanda itaətsizlik nümayişləri keçiriləcək.

Arxiyepiskop Qalastiani “Vətən üçün Tavuş” hərəkatının rəhbəridir. O və tərəfdarları Azərbaycanla sərhədin müəyyənləşdirilməsində birtərəfli güzəştlərə qarşı olduqlarını bildirirlər.

Ermənistanda etiraz aksiyaları aprelin 20-dən davam edir. Sərhəd kəndlərinin sakinləri Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası və ərazilərin Azərbaycana verilməsi haqqında razılaşmaya etiraz edirlər.