Ermənistanda dekabrın 31-dən türk produksiyasının idxalı qadağan edilir
Ermənistanda dekabrın 31-dən türk produksiyasının idxalı qadağan edilir

Ermənistanda dekabrın 31-dən türk produksiyasının idxalı qadağan edilir.

Ermənistanın “Nyus.am” agentliyi yazır ki, bu barədə məlumatı Ermənistanın Dövlət Gəlirlər Komitəsi verib.

Belə qərarı Ermənistan iqtidarı 2020-ci ilin oktyabrın 20-də, altı ay müddəti ilə verdi.

Ermənistanın gəlirlər xidmətinin məlumatına görə, qeyd olunan qadağan dekabrın 31-nə qədər daxil olan məhsullara aid olmayacaq.

Qeyd edilməlidir ki, türk məhsulunun Ermənistana hərhansı ölkədən (və həmçinin Gürcüstandan) daxil edilməsi qadağan edilir.