Ermənistanda bir qrup vətəndaş Yerevan və Gümrü birləşdirən yolu bağlayıb
Ermənistanda bir qrup vətəndaş Yerevan və Gümrü birləşdirən yolu bağlayıb.
Toplaşanlar bu şəkildə bir neçə gündür ki, Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası sazişinə və ərazilərin Azərbaycana verilməsinə etiraz edən Tavuş vilayətinin sərhədyanı sakinlərinə dəstək elan edirlər.
Tavuş vilayətində etirazlar bir həftədən artıqdır ki, davam edir.
Ermənistanla Azərbaycan sərhədində artıq 28 sərhəd dirəyi yerləşdirilib. Ermənistan mediasının məlumatına görə, qeyd olunan işlər Ermənistan və Azərbaycan sərhədində koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində geodeziya ölçmələri əsasında aparılıb. Medianın yazdığı üzrə, bu, nəzərdə tutulan işlərin təxminən 35 faizini təşkil edir və iki dövlətin ekspert qruplarının işi davam edir.