Ermənistanda bir gecədə 1251 yeni Covid-19 halı aşkarlanıb, 39 nəfər virusdan vəfat edib

11:55, 13.11.2021

Ermənistanda bir gecədə 1251 yeni Covid-19 halı aşkarlanıb, 39 nəfər virusdan vəfat edib.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinə istinadən yerli KİV-lər yayıb.

Bu günə qədər ölkə üzrə 27 642 kovid xəstənin müalicəsi davam edir.

Pandemiyanın yayılmasından bu günə qədər 328 081 təsdiqlənmiş Covid-19 hal müəyyən edilib, 6 976 nəfər vəfat edib.

Oxşar