Ermənistanda aksiya iştirakçıları və polis arasında qarşıdurma baş verib
Ermənistanda,MTX-nin binası yaxınlığına toplaşan aksiya iştirakçıları və polis arasında qarşıdurma baş verib.
Məlumatı erməni mətbuatı yayır.
Polis aksiyada fövqəladə vəziyyətin pozulması ittihamı ilə 89 nəfəri saxlayıb.
Yayılmış məlumata əsasən,yaxalanmış şəxslər arasında ″Çiçəklənən Ermənistan″ partiyasının üzvləri də var.
Milli Təhlükəsizlik Xidməti binası yaxınlığına , ″Çiçəklənən Ermənistan″ partiyasının lideri, Qaqik Tsarukianinin tərəfdarları səhərdən etibarən toplaşıblar.
Onlar Nikol Paşinyanın istefasını tələb edirlər.
Xatırladaq ki, ″Çiçəklənən Ermənistan″ partiyasının lideri, Qaqik Tsarukianini MTX-nə ifadə verməyə çağırıblar.
Yayılmış məlumata görə, Tsarukianinin şirkətlərini qanunsuz əməllərdə ittiham edirlər,partiya lideri bunu təkzib edir və bildirir ki ,məsələ siyasi motivlidir.
Hazırladı-Sevinc Mustafayeva