Ermənistanda 58 nəfər “Qərbi Nil” qızdırmasına yoluxub, 4 xəstənin vəziyyəti ağırdır
Ermənistanda 58 nəfər “Qərbi Nil” qızdırmasına yoluxub, 4 xəstənin vəziyyəti ağırdır

Ermənistanda 58 nəfər “Qərbi Nil” qızdırmasına yoluxub, onlardan 41-i xəstəxanaya yerləşdirilib, 4 xəstənin vəziyyəti ağır, qalanlarının vəziyyəti isə orta-ağırdır.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin baş direktoru Stepan Atoyan məlumat verib.

Onun sözlərinə görə, virusa ilk yoluxma halı avqustun 7-də Araqatsotni rayonunda qeydə alınıb.

Hazırda Araqatsotni, Armavir və Ararat rayonları virusun yayılma ehtimalı olan ərazilər hesab edilir.

Virus yoluxmuş ağcaqanadlar vasitəsilə yayılır və insandan insana keçmir.