Ermənistan vətəndaşları Çinə vizasız gedəcəklər
Ermənistan vətəndaşları Çinə vizasız gedəcəklər

Ermənistan prezidenti Çinlə vizasız rejim haqqında qanunu imzaladı.

Qanuna əsasən, Ermənistan və Çin vətəndaşları bu ölkə ərazisində 90 gün ərzində, vizasız qala biləcəklər.

Bu haqda məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayır.

Vizasız rejimdən Çin və Ermənistan vətəndaşları adi passportlarla istifadə edə bilərlər.

Çin və Ermənistan arasında vizasız rejim haqqında razılaşma mayın 26-da hazırlanmışdı, dekabrın 10-da isə, Ermənistan parlamenti bu razılaşmanın ratifikasiyasını həyata keçirdi.