Ermənistan və Azərbaycan Dağlıq Qarabağda hərbi qarşıdurma ilə bağlı məlumat yayırlar
Dağlıq Qarabağda hərbi əməliyyatlar davam edir.
Erməni medyasının məlumatına görə, keçən gecə ərzidə, silahlı qarşıdurma cəbhə xəttinin şimal-cənub istiqamətində davam edirdi.
Tanınmamış Dağlıq Qarabağ administrasiyasında bəyan edirlər ki, Azərbaycan əsgərinin hücum qrupu cəbhə xəttini keçməyə çalışdı və böyük itkilərlə geri çəkilməli oldu.
Erməni tərəfi Azərbaycanı dinc əhaliyi bombalamaqla ittiham edir.
Erməni medyası Azərbaycanın pilotsiz uçan aparatının düşürüldüyü barədə məlumat yayır.
Azərbaycan iqtidarının məlumatına görə isə, hərbi əməliyyatlar Ağdərə və Xocavənd istiqamətində davam edir.
Azərbaycanın Müdafiyə Nazirliyinin məlumatına görə, Ermənistanın silahlı qüvvələrinin hədəfi dinc əhalidir.
Bakıda bəyan edirlər ki, erməni tərəfinin diri qüvvə və hərbi texnika baxımından böyük itkiləri var.
Azərbaycan iqtidarının məlumatına görə, Ermənistan ordusu Göranboy, Tərtər və Ağcabədi rayonlarını bombalayıb.