Ermənistan və Azərbaycan bir-birlərini atəşkəsi pozmaqla ittiham edirlər
Ermənistan və Azərbaycan bir-birlərini atəşkəsi pozmaqla ittiham edirlər

Ermənistan və Azərbaycan bir-birlərini atəşkəsi pozmaqla ittiham edirlər.

Azərbaycan medyası Müdafiyə Nazirliyinə istinadən məlumat yayır ki, erməni tərəfi Ağdam rayonunu bombalayıb.

Ermənistanın Müdafiyə Nazirliyində isə, bəyan edirlər ki, atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra, Azərbaycanın Silahlı Qüvvələri Qaraxanbəyli istiqamətinə hücum ediblər.

Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsin pozulması  haqqında razılaşma bugün saat 12:00-dan qüvvəyə mindi.

Sergey Lavrovla bərabər Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər Naziri Zohrab Mnatsakyanın görüşü dünən Moskvada 10 saatdan artıq davam etdi.

Görüş başa çatdıqdan sonra, Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirlərinin birgə bəyanatları yayıldı. Bəyanatın mətni Rusiya Xarici İşlər Nazirliyini veb-səhifəsində yerləşdirilib.

Bəyanata görə, atəşkəs oktyabrın 10-dan, saat 12:00-dan humanitar məqsədlə, cəsədlərin yığılması və əsirlərin dəyişdirilməsi üçün, Beynəlxalq Qızıl Xaç komitəsinin meyarları nəzərdə tutularaq, qüvvəyə minəcək.

Sənədə əsasən, atəşkəsin konkret parametrləri sonradan əlavə ediləcək.

Bununla yanaşı, Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə, münaqişələrin tənzimlənməsinin baza prinsiplərinə dayanaraq, münaqişənin sülh yolu ilə həll edilməsi üçün”substansiyalı danışıqlara” keçəcəklər.