Ermənistan Türkiyə ilə danışıqlar prosesinə xüsusi nümayəndəsini təyin etdi
Ermənistan Türkiyə ilə danışıqlar prosesinə xüsusi nümayəndəsini təyin etdi

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Milli Assambleyanın sədr müavini, Ruben Rubinyan Ermənistan və Türkiyə arasında dialoq prosesində Ermənistanın xüsusi nümayəndəsi təyin edildi.

Bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri, Mövlud Çavuşoğlu Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün lazım olan addımları müzakirə etmək üçün, hər iki tərəfin xüsusi nümayəndələr təyin edəcəyini bəyan etmişdi.

Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə olaraq, Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıcıtəyin etdi.