Ermənistan Təhlükəsizlik Şurasının katibi - Ermənistan hakimiyyəti dəfələrlə Türkiyə ilə əlaqələr qurmağa və mövcud problemləri həll etməyə hazır olduqlarını bəyan edib
Ermənistan hökuməti Türkiyə ilə əlaqələr qurmağa və mövcud problemləri həll etməyə hazır olduğunu dəfələrlə bəyan edib.
Bu barədə Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
“Biz rusiyalı tərəfdaşlarımızla bu prosesdə necə irəliləyəcəyimizi müzakirə edəcəyik. Biz bu proseslərə başlasaq, daha effektli olar, çünki biz və Türkiyə tərəfi də müsbət siqnalların olduğunu bəyan etmişik”, – Qriqoryan bildirib.