Ermənistan prezidenti - Təsəvvür edin ki, Qafqaz növbəti Suriya olacaq, beynəlxalq ictimaiyyət dərk etməlidir ki, yaranan vəziyyətə indi qarışmasa, Qafqaz yeni böyük problemə çevriləcək
Ermənistan prezidenti - Təsəvvür edin ki, Qafqaz növbəti Suriya olacaq, beynəlxalq ictimaiyyət dərk etməlidir ki, yaranan vəziyyətə indi qarışmasa, Qafqaz yeni böyük problemə çevriləcək

Təsəvvür edin ki, Qafqaz növbəti Suriya olacaq, beynəlxalq ictimaiyyət dərk etməlidir ki, yaranan vəziyyətə indi qarışmasa, Qafqaz yeni böyük problemə çevriləcək, – bu barədə bəyanatı Ermənistan prezidenti Armen Sarqsiyan CNN teleşirkətinə müsahibə zamanı verdi.

Onun dediyinə görə, Dağlıq Qarabağda yaşayan əhali ermənidir, onları din və tarix birləşdirir. Türkiyə isə, indi də Azərbaycanın əli ilə çalışır ki, yenə bir soyqırım törədsin ki, bu Ermənistan üçün qeyri-məqbuldur.

Ermənistan prezidenti hesab edir ki, zorakılıq yolu ilə bu problemin həlli qeyri-mümkündür və münaqişə tərəflərinin danışıqlar masasına qayıtması lazımdır.