Ermənistan prezidenti Nikol Paşinyanı ölkənin baş naziri təyin etdi
Ermənistan prezidenti Nikol Paşinyanı ölkənin baş naziri təyin etdi

Ermənistan prezidenti Nikol Paşinyanı ölkənin baş naziri təyin etdi. Müvafiq əmri Armen Sarkisyan bu gün dərc edib. Bundan əvvəl “Vətəndaş Müqaviləsi” parlament fraksiyasının lideri Aik Konjorian ölkə prezidenti Armen Sarkisyana Nikol Paşinyanın baş nazirliyə namizəd göstərilməsi ilə bağlı qərarını göndərmişdi.

Ermənistan Konstitusiyasına görə, ölkə prezidenti, yeni seçilmiş Milli Assambleyanın işə başlamasından dərhal sonra, konstitusiyanın 89 -cu maddəsinə əsasən, parlament çoxluğu tərəfindən irəli sürülmüş namizədi baş nazir təyin edir.

Bundan əvvəl Nikol Paşian  baş nazirin vəzifəsini icra edirdi.

Ermənistanın yeni çağırış parlamenti fəaliyyətə avqustun 2 -də başlayıb. Ermənistanın yeni parlamentində 107 deputat çalışacaq. “Vətəndaş Müqaviləsi” partiyasını 71 deputat ,Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın “Ermənistan” blokunu 29 deputat və liderlərindən biri Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri olan Artur Vanetsyanın “Şərəfim var” blokunu 7 deputat təmsil edəcək.