Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfindən erməni mövqeləri istiqamətinə atəşin açılması barəsində məlumat yayır
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfindən erməni mövqeləri istiqamətinə atəşin açılması barəsində məlumat yayır

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfindən erməni mövqeləri istiqamətinə atəşin açılması barəsində məlumat yayır.

Nazirliyin bəyanatına görə, saat 06:30-da Azərbaycan silahlı qüvvələri, Ermənistan-Azərbaycan sərhədinin Erasx hissəsində erməni mövqeləri istiqamətinə atəş açdılar və mühəndis texnikanın istifadəsi ilə, fortifikasiya işlərinin həyata keçirilməsinə cəhd etdilər.

Müdafiə Nazirliyinin məlumatına görə, erməni tərəfinin cavab atəşindən sonra Azərbaycan tərəfi atəşi və işləri dayandırdı. Nazirliyin bəynaatına görə, hazırda Ermənistan-Azərbaycan sərhədində vəziyyət sabitdir və Ermənistan silahlı qüvvələrinin nəzarəti altındadır.

İnsidentlə bağlı Azərbaycan tərəfi hələlik şərh verməyib.