Ermənistan Milli Assambleyasının sədri Şovidə baş vermiş təbii fəlakətlə əlaqədar Gürcüstan xalqına başsağlığı verib
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Şovidə baş vermiş təbii fəlakətlə əlaqədar Gürcüstan xalqına başsağlığı verib.
“Gürcüstan xalqına, Şovi kurortu ərazisində torpaq sürüşməsi nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bütün yaralıların tezliklə sağalmasını arzulayıram”, – Simonyan sosial şəbəkədə yazıb.