Ermənistan ilin sonuna kimi Hindistan istehsalı olan zenit-raket komplekslərini alacaq
Ermənistan ilin sonuna kimi Hindistan istehsalı olan zenit-raket komplekslərini alacaq

Ermənistan ilin sonuna kimi Hindistan istehsalı olan zenit-raket komplekslərini alacaq.

Bu barədə məlumatı “Indian Defense Research Wing” yayıb.

Nəşrin yazdığı kimi, İrəvan Hindistandan ümumi dəyəri 720 milyon dollar olan 15 ədəd hava hücumundan müdafiə sistemi alıb.

Ermənistan bu silahları Hindistandan alan ilk xarici ölkədir.

“Akaş-1S” sistemi döyüş təyyarələri, idarə olunan raketlər və pilotsuz uçuş aparatları kimi təhlükələrdən müdafiəni təmin edir.

İlk dəfə 1983-cü ildə buraxılan “Akash-1S” 4-25 kilometr radiusda hədəfləri məhv edə bilir.