Ermənistan iqtidarı BMT-də Gürcüstan rezolyusiyasına qarşı çıxmasının səbəblərini açıqlayır
Ermənistan iqtidarı BMT-də Gürcüstan rezolyusiyasına qarşı çıxmasının səbəblərini açıqlayır

Ermənistan iqtidarı BMT-də Gürcüstan tərəfindən irəli sürülən, Abxaziya və Sxinvali regionlarına qaçqınların qaytarlmasını nəzərdə tutan rezolyusiyaya qarşı çıxmasının səbəblərini açıqlayır.

“Gürcüstan tərəfi Ermənistanın bu mövqeyinə çox ağır reaksiya verir. Siz bir ölkə olaraq, səs vermədən sadəcə baş qaçırda bilərdiniz axı, niyə bunu etmədiniz?” – bu sualı Birinci Kanalın jurnalisti Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Baloyana və Xarici Əlaqələr məsələləri üzrə Ermənistanın baş nazirinin müşaviri Arsen Xaçatryana verdi.

Ermənistan tərəfi isə bəyan etdi, Gürcüstan tərəfi ilə bu mövzu haqqında söhbəti artıq illərdir davam edir.

“Biz Gürcü həmkarlarımıza təklif etdik ki, razılaşaq və bir-birimizə qarşı rezolyusiyalara səs verməkdən baş qaçırdaq. Həmçinin, Ermənistana və Gürcüstana qarşı bəyanatları imzalamayaq, ancaq gürcü tərəfi indiyə qədər bizə deyirdi ki, bunu edə bilməz. Gürcüstanın əleyhinə səs verməyimizin səbəbi də budur”, – dedi Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Baloyan.

Ermənistanın baş nazirinin müşaviri Arsen Xaratyan isə, suala belə cavab verdi:

“Açıq danışsaq, gəlin razılaşaq ki, BMT-də bir neçə rezolyusiya var, hansında ki, Gürcüstan Ermənistanın maraqlarına qarşı səs verib”.

“Ermənistan Gürcüstanın rezolyusyasına, Rusiyanın mənfi reaksiyasından baş qaçırdmaq üçün qarşı çıxmış ola bilər mi?” – sualına isə, Nikol Paşinyanın müşaviri belə cavab verdi:

“Siz beynəlxalq təşkilatlarda Ermənistan tərəfindən səs vermə spektrinin necə olduğunu yoxlaya bilərsiniz və bu suala cavab da aydın olacaq”.