Ermənistan iqtidarı Azərbaycanı hərbi təyyarələrlə Martakert şəhərini bombalamaqla ittiham edir
Ermənistan iqtidarı Azərbaycanı hərbi təyyarələrlə Martakert şəhərini bombalamaqla ittiham edir.
Erməni medyasının məlumatına görə, avia-hücumlar nəticəsində, binalar dağılıb, ancaq həlak olan olmayıb.
Ermənistan iqtidarı Azərbaycanı beynəlxalq konvensiyayı pozmaqla ittiham edir və bəyan edir ki, Azərbaycan ordusu qadağan edilən silahlardan dinc əhaliyə qarşı istifadə edirlər.
Erməni medyasının məlumatına görə, tanınmamış Dağlıq Qarabağa Rusiya 50 ton humanitar yardım göndərib.
Yayılan məlumata görə, Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirlərinin Cenevrədəki görüşü təxirə salınıb və oktyabrın 30-da keçiriləcək.