Ermənistan Baş Prokurorluğu Qagik Tsarukyan barəsində cinayət təqibi başlayıb
Ermənistan Baş Prokurorluğu “Çiçəklənən Ermənistan” Partiyasının lideri Gagik Tsarukyan barəsində cinayət təqibi başladıb.
Prokurorluğun məlumatına görə, o, xüsusilə böyük məbləğdə vergi öhdəliklərindən yayınmaqda ittiham olunur.
Məlumata əsasən, Tsarukyana qarşı tətbiq edilən qətimkan tədbiri kimi onun ölkəni tərk etməsinə qadağa qoyulub.