Ermənistan Azərbaycanı Strasburq məhkəməsinə şikayət edir
Ermənistan Azərbaycanı Strasburq məhkəməsinə şikayət edir

Ermənistan iqtidarı insan hüquqları Avropa Məhkəməsinə Azərbaycana qarşı şikayət daxil edib.

Erməni medyası yazır ki, rəsmi Yerevan Azərbaycanı Dağlıq Qarabağ və yaxındaki rayonlarda 44 günlük müharibə zamanı insan hüquqlarının Avropa Konvensiyasını pozmaqla ittiham edir.

Erməni tərəfi bəyan edir ki, Azərbaycan qeyri-insani hərəkətlərlə və işgəncələrlə, tanınmamış Dağlıq Qarabağ Respublikasının və Ermənistan vətəndaşlarının hüquqlarını pozub.

“Nyus.am” yazır ki, bu Ermənistan iqtidarı tərəfindən Avropa məhkəməsinə təqdim edilən ilk şikayətdir.