Erməni medyasının məlumatına görə, Dağlıq Qarabağda, son 24 saat ərzində 81 hərbçi həlak oldu
Dağlıq Qarabağda, son 24 saat ərzində 81 hərbçi həlak oldu. Bu haqda məlumatı tanınmamış Dağlıq Qarabağ administrasiyası yayər.
Erməni medyasının məlumatına görə, sentyabrın 27-də başlayan silahlı qarşıdurmadan sonra, Dağlıq Qarabağda həlak olanların sayı 1 302-ə çatıb.
Tanınmamış Dağlıq Qarabağın sözdə prezidenti Araik Arutinyan bəyan edir ki, müharibənin başa çatması ilə bağlı qərarı tarix dəyərləndirəcək, ancaq erməni tərəfi belə qərar verməyə məcbur idi.
Ermənistanın baş naziri Nikol Paşinyan dünən gecə saatlarında bəyan etdi ki, Rusiya və Azərbaycan prezidentləri ilə, razılaşma imzaladı, hansına əsasən, Dağlıq Qarabağda hərbi qarşıdurma dayandırılacaq.
Ermənistanın baş nazirinin qərarı Yerevanda etiraz edildi.
Yüzlərlə insan Yerevanda, Respublika meydanında yığıldılar. Demonstrantların yarısı parlamentə daxil oldular. Aksiya iştirakçıları Ermənistan parlamentinin sədrini fiziki təhqir edtilər.
Ermənistanın baş naziri daha sonra yaydığı bəyanatda qeyd etdi ki, başqa çarəsi yox idi.
Bakı küçələrində isə, bayram edilir.
Azərbaycan prezidenti İlham Əliyev bəyanat yaydı ki, Qarabağ münaqişəsinin tənzimlənməsində son nöqtə qoyuldu.
Üç tərəfli razılaşmanın mətni də artıq yayıldı.
Doqquz maddəli razılaşmanın maddələrindən biri Dağlıq Qarabağa 2000-ə qədər rus hərbçilərinin daxil olmasını nəzərdə tutur.