Erməni mediasının məlumatına görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü noyabrın əvvəlində keçiriləcək
Erməni mediasının məlumatına görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü noyabrın əvvəlində keçiriləcək

Erməni mediasının məlumatına görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü noyabrın əvvəlində keçiriləcək.

“Nyus.am” nəşrinin yaydığı məlumata görə, Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan yeni üçtərəfli bəyanat imzalayacaqlar.

Rus mətbuatı yazır ki, danışıqlar 8-9 noyabrda Moskvada keçiriləcək. Jurnalistlərin məlumatına görə, tərəflər sənəd imzalayacaqlar ki, harada da söhbət Ermənistan-Azərbaycam sərhədlərinin demarkasiya və delimitasiyası prosesi və bölgədə nəqliyyat kommunikasiyalarının açılması barəsində olacaq.

Kremldən bəyan etdilər ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşü baş tutsa, bu barədə məlumat yaxın vaxtlarda yayılacaq.

Xatırladaq ki, Putin, Əliyev və Paşinyan arasında son görüş yanvar ayında Moskvada keçirildi.