Erməni mediasının məlumatına əsasən, vətəndaşlar Azərbaycanla dövlət sərhədinin demarkasiyası prosesində birtərəfli  güzəştə gedilməsinə qarşı etiraz yürüşü keçirirlər
Erməni mediasının məlumatına əsasən, vətəndaşlar Azərbaycanla dövlət sərhədinin demarkasiyası prosesində birtərəfli  güzəştə gedilməsinə qarşı etiraz yürüşü keçirirlər

Ermənistanda vətəndaşlar Azərbaycanla sərhədin demarkasiyası prosesində birtərəfli güzəştlərə qarşı etiraz yürüşü keçirirlər.

Erməni mediasının yazdığına görə, yürüşü arxiyepiskopos Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatı təşkil edir.

Yayılan məlumata əsasən,yürüş Kirants kəndindən başlayıb və mayın 9-da aksiya iştirakçılarının hökumətə konkret tələblər irəli sürəcəyi Yerevanda başa çatacaq.

Məlumat üçün bildirək ki, Ermənistanda etiraz çıxışları aprelin 20-dən davam edir. Sərhədyanı kəndlərin sakinləri Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası razılaşmasına və ərazilərin Azərbaycana verilməsinə etiraz edirlər.