Erməni mediası, Azərbaycanla dövlət sərhədinin demarkasiyası prosesində birtərəfli güzəştə qarşı etiraz yürüşünün iştirakçılarının Yerevana getməsi haqda məlumat verir
Erməni mediası, Azərbaycanla dövlət sərhədinin demarkasiyası prosesində birtərəfli güzəştə qarşı etiraz yürüşünün iştirakçılarının Yerevana getməsi haqda məlumat verir

 
Erməni mediası, Azərbaycanla dövlət sərhədinin demarkasiyası prosesində birtərəfli güzəştə qarşı etiraz yürüşünün iştirakçılarının Yerevana getməsi haqda məlumat verir.

Medianın məlumatında, aksiya iştirakçılarının bu gün Yerevanda, Respublika meydanına toplaşacaqları deyilir. Onların əllərində “Ermənilərlə, Ermənistan, Vətən və Tanrı” yazılmış plakatlar var.
Onların bir hissəsi üzərində həlak olmuş erməni hərbçilərin şəkillərinin əks olunduğu ağ köynəklər geyinib.

Erməni mediasının yazdığı üzrə, yürüşün təşkilatçısı arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Tavuş-vətən adına” hərəkatıdır.

Yayılmış məlumata əsasən, yürüş Kirants kəndindən başlayıb və aksiya iştirakçılarının hökumətə konkret tələblər irəli sürəcəyi Yerevanda başa çatacaq.

Məlumat üçün bildirək ki, Ermənistanda etiraz nümayişləri aprelin 20-dən davam edir. Sərhədyanı kəndlərin sakinləri Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası razılaşmasına və ərazilərin Azərbaycana verilməsinə etiraz edirlər.