Erməni medialarinin məlumatına görə, Ermənistanda erməni-amerikan birgə təlimləri keçiriləcək
Erməni medialarinin məlumatına görə, Ermənistanda erməni-amerikan birgə təlimləri keçiriləcək

Ermənistan mediasıi xəbər verir ki, Ermənistanda erməni-amerikan birgə təlimləri keçiriləcək.

Ermənistan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində İyulun 15-dən 24-dək EAGLE PARTNER 2024 adlı təlim keçiriləcək.

Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin Sülhməramlı briqadasında xidmət edən əsgərlər, həmçinin ABŞ-ın Avropa və Afrikadakı Quru Qoşunlarının və Kanzas Milli Qvardiyasının nümayəndələri iştirak edəcək.

Təlimlərin keçirilməsində məqsəd hərbi hissələr arasında qarşılıqlı fəaliyyətin keyfiyyətinin artırılması, həmçinin sülhməramlı əməliyyatların idarə edilməsi və taktiki rabitə üzrə təcrübə mübadiləsi, Ermənistan Silahlı Qüvvələrinin döyüş hazırlığının gücləndirilməsidir.