Erqnetidə insindentlərin prevensiyası və onlara reaksiya mexanizmləri çərçivəsində bugün görüş keçiriləcək
Qori munisipalitetinin Erqneti kəndində, on bir aylıq pauzadan sonra, insindentlərin prevensiyası və onlara reaksiya mexanizmlərinin (İPRM) 96-cı görüşü keçiriləcək.
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən Birinci Kanala verilən məlumata görə, görüşdə Zaza Qaxeladze, Xviça Mğebrişvili və Genadi Bestayevin qeyri-qanuni həbs edilməsi məsələsi müzakirə olunacaq.
Xatırladaq ki, insindentlərin prevensiyası və onlara reaksiya mexanizmləri formatında nəzərdə tutulan 95-ci görüş Erqnetidə, 2019-cu ilin avqustun 29-da keçirilmişdi və ondan sonra, işğal edilən Sxinvali regionunun de-fakto iqtidarı bu formatda danışıqlarda iştirak etməkdən imtina etmişdi. Səbəb olaraq isə, Gürcüstan iqtidarı tərəfindən, Xaşuri munisipalitetində, ayrıcı xəttin yanında polis postunun yerləşdirilməsini adlandırdı və postun demontaj edilməsini tələb etdi.