Erqnetidə insindentlərin prevensiyası və onlara reaksiya mexanizmləri ilə bağlı növbəti görüş keçiriləcək
Erqnetidə bugün insindentlərin prevensiyası və onlara reaksiya mexanizmləri ilə bağlı 95-ci görüş keçiriləcək.
Gürcü tərəfinin məlumatına görə, görüşdə müzakirə olunacaq məsələlər arasında dörd əsas məsələ var: son aylarda Ququtiantkaridə baş verən hadisələr, işğal rejimi tərəfindən qanunsuz həbslər, sürünən işğal və sünii sərhədlərin yaradılması prosesi.
Həmçinin, görüşün dəyişməz mövzusu yenə Arçil Tatunaşvilinin işgəncə ilə qətlə yetirilməsi və bu cinayətdəki suçluların məsuliyyətə cəlb olunması məsələsidir.
İşğal rejimi isə, Erqneti görüşündə, Tsneli qəsəbəsinin yanında “gürcü hüquqmühafizəçilərinin sərhəddə provokasiya hərəkətlərindən baş qaçırdmaları haqqında” tələb irəli sürməyi planlayır.
Erqneti son belə görüş iyulun 18-də keçirilmişdi.