Erqnetidə İnsidentlərin Prevensiyası və Cavab Mexanizmi çərçivəsində görüş keçirilir
Erqnetidə İnsidentlərin Prevensiyası və Cavab Mexanizmi çərçivəsində görüş keçirilir

 

Erqnetidə İnsidentlərin Prevensiyası və Cavab Mexanizmi çərçivəsində görüş keçirilir. DTX-nin Analitik Departamentinin direktor müavini İrakli Antadzenin sözlərinə görə, tərəflər işğal xətti boyu mövcud vəziyyəti müzakirə edəcəklər. O, qanunsuz həbsdə olan Gürcüstan vətəndaşlarının azadlığa buraxılmasının əsas məsələ olacağını bildirir.

Bununla yanaşı, İrakli Antadzenin jurnalistlərə də bildirdiyi kimi, görüşdə qeyri-qanuni sərhədləşdirmə prosesi də müzakirə olunacaq.

“Görüşdə son iki ayda işğal xətti yaxınlığında baş verən bütün hadisələri müzakirə edəcəyik. Həmçinin, qanunsuz həbsdə olan Gürcüstan vətəndaşlarının azadlığa buraxılması əsas məsələ olacaq. Alan Qaqloyevin qanunsuz həbsdə olan Gürcüstan vətəndaşlarını əfv edib-etməyəcəyi ilə bağlı suala dair məlumatım yoxdur. Təbii ki, biz əsasən də Qori və Kareli munisipalitetlərində işğal xətti boyunca aktiv fazada olan qeyri-qanuni sərhədləşdirmə prosesinə etiraz edəcəyik. Biz qanunsuz həbsdə olan Gürcüstan vətəndaşlarının ailələrinə qayıtmaları üçün əlimizdən gələn hər şeyi edirik” -deyə İrakli Antadze bildirib.