Erqnetidə insidentlərin qarşısının alınması və onlara reaksiya verilməsi mexanizmi qrupunun növbəti görüşü keçirilir
Erqnetidə insidentlərin qarşısının alınması və onlara reaksiya verilməsi mexanizmi qrupunun növbəti görüşü keçirilir. Görüşün əsas məsələsi qanunsuz həbsdə olan Gürcüstan vətəndaşlarının azad edilməsi və dırnaqarası sərhədləşmə faktları olacaq.
Hazırda Gürcüstanın 7 vətəndaşı de-fakto rejimin qanunsuz həbsində qalır. Gürcüstanın mərkəzi hakimiyyətinin nümayəndələri bir daha Tamaz Qinturinin qətlində iştirak edən şəxslərin müəyyən edilməsini və onların ən sərt şəkildə cəzalandırılmasını tələb edirlər.
“Əvvəlki görüşdən bu günə qədər işğal xəttində qeydə alınan bütün insidentləri müzakirə edəcəyik. Bu, qanunsuz sərhədləşmə və qanunsuz həbslərlə bağlı faktlardır. Əvvəlki görüşdən bu günədək qanunsuz sərhədləşmə ilə bağlı 15 fakt qeydə alınıb. Qeyri-qanuni saxlanılmalara gəlincə, bu günədək 7 həmvətənimiz qanunsuz həbsdə qalır. Onların azad edilməsi gündəmin əsas mövzusu olacaq. İşğal xətti boyunca gərgin psixoloji vəziyyəti yüngülləşdirə biləcək yeganə şey bizim təklif etdiyimiz sıfır saxlanılma (həbs) siyasəti təşəbbüsüdür.
Bununla yanaşı, Tamaz Qinturinin qətli ilə bağlı işin hansı mərhələdə olması, qətl faktı ilə bağlı hüquqi prosesin başlayıb-başlamaması ilə də maraqlanacağıq. Gənclərin saxlanılması ilə bağlı məlumatlara gəlincə, sayla bağlı müxtəlif göstəricilər yayılır” – deyə Dövlət Təhlükəsizliyi Xidmətinin Analitik Departamentinin direktor müavini İrakli Antadze görüş başlamazdan əvvəl açıqlayıb.