Erqnetidə Hadisələrin Qarşısının Alınması və Cavab Mexanizminin növbəti görüşü keçirilib
Erqnetidə Hadisələrin Qarşısının Alınması və Cavab Mexanizmi qrupunun görüşü başa çatıb. Dövlət Təhlükəsizliyi Xidmətinin Analitik Departamentinin direktor müavini İrakli Antadze, qanunsuz həbsdə olan Gürcüstan vətəndaşlarının azad edilməsi və dırnaqarası sərhədləşmə faktlarının görüşdə müzakirə olunan əsas məsələ olduğunu bildirib.
Əvvəlki görüşdən bugünədək rus hərbçilər işğal xəttinə yaxın, Kareli və Qori munisipalitetlərinin kəndləri, Qremi dərəsi yaxınlığında qanunsuz işlər həyata keçiriblər. Hazırda səkkiz Gürcüstan vətəndaşı de-fakto rejimin qanunsuz həbsində qalır.
Qeyd edildiyi kimi, de-fakto rejimin nümayəndələrinin gürcü polisinin Çorçanadakı keçid məntəqəsinin yığışdırılmasına aid tələbi dəyişməz olaraq qalır.
“Əsas diqqət qanunsuz olaraq saxlanılan həmvətənlərimizin taleyinə yetirildi. Həmçinin qeyri-qanuni sərhədləşmə prosesinə. Biz sərbəst hərəkətin əhəmiyyətindən danışdıq, lakin bu mərhələdə on günlük müddətin, ola bilsin bir aya qədər uzadılması ilə bağlı konsensus əldə olunmayıb. Saxlanılmış bir neçə şəxs dırnaqarası məhkəmənin qərarını gözləyir. Beynəlxalq tərəfdaşlarımızın dəstəyi ilə biz bir daha humanitar yanaşmadan istifadənin zəruriliyini dilə gətirdik. Tamaz Beğelurinin sağlamlıq vəziyyətini vurğuladıq, Sxinvalidən olan iştirakçılar bununla bağlı onun həkim nəzarətində olduğunu və lazımi dərmanları qəbul etdiyini dedilər. Təəssüf ki, dırnaqarası qeyri-qanuni sərhədləşmə faktları ilə bağlı onların mövqeyi dəyişməzdir, müvafiq olaraq danışıqların bütün mövcud formatlarında mərkəzi hakimiyyət bu zərərli praktikanı aradan qaldırmaq və işğal xəttinin hər iki tərəfində yaşayan yerli əhalinin bir az da olsa, rahatlıq tapması üçün bu məsələni ciddi şəkildə qaldırmağa davam edəcək”- İrakli Antadze bildirib.