Rəcəp tayyip Erdoğan bəyan edir ki, Türkiyəyə iqtisadi təzyiq qeyri-perspektivdir.
“Türkiyəyə qarşı müxtəlif kampaniyalar aparılır, bunlara görə narahat olmayın. Əgər onların dolları varsa, bizim də ədalətimiz və allahımız var” – dedi Erdoğan.
Xatırladaq ki, ABŞ və Türkiyə arasında gərginləşən münasibətlərin fonunda, türk lirasının dəyəri tarixi minimumuna düşdü
Bir neçə həftə bundan öncə Amerika Birləşmiş Ştatları Türkiyəyə qarşı sanksiyalar tətbiq etdi. Bunun səbəbi isə, Türkiyədə 2016-cı ildə həbs edilən amerikalı pastor idi.
O hadisədən sonra, Birləşmiş Ştatlar Türkiyəyə müraciət edir ki, pastoru azad etsin, ancaq rəsmi Ankara söz edilən pastoru terorizm ilə suçlayır.