Erdoğan - Əgər ABŞ Fethullah Güleni verməsə, bundan sonra, Türkiyə də kriminalları ABŞ-a ekstradisiya etməyəcək
Əgər rəsmi Vaşinqton Fethullah Güleni Türkiyəyə verməsə, bundan sonra Türkiyə də kriminalları ABŞ ekstradisiya etməyəcək.
Reuters agentliyinin məlumatına görə, bu barədə bəyanatı Türkiyə prezidenti Rəcəp Tayyip Erdoğan verdi.
“Son 15 il ərzində biz ABŞ-a 12 terorist verdik. Niyə? Çünki onlar teroristdirlər. Amma onlar bizə lazım olan teroristləri vermirlər. Əgər onu bizə versəniz, hərşeyi unudarıq, amma bundan sonra, bizdən terorist tələb etməyin. Mənim prezident olduğum müddətdə Türkiyədən kriminal ala bilməyəcəksiniz”, – dedi Erdoğan.
Erdoğanın dediyinə görə, ABŞ və Türkiyə arasında strateji partnyorluq yoxdur çünki, ABŞ Suriyədəki kürtlərə silah verir.
“Təbii ki, bu strateji partnyorluq ola bilməz” – dedi Türkiyə prezidenti.