Ərdoğan Ermənistanla normallaşma prosesinin başladığını bildirib, bu məsələ ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyində də  bəyanat verilib
Ərdoğan Ermənistanla normallaşma prosesinin başladığını bildirib, bu məsələ ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyində də bəyanat verilib

 

Ermənistan üçün regionda sülh imkanından yaxşı istifadə və Azərbaycanla müsbət münasibət qurması vacibdir – deyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə prezidentinin sözlərinə görə, “Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Türkiyə Ermənistanla normallaşma prosesinə başlayıb və atılan addımlar gözlənilən nəticəni verib”.

Bu gün Ermənistan Xarici İşlər Nazirliyində də Türkiyə ilə münasibətlərin normallaşması ilə bağlı bəyanat verilib. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Van Unanyanın sözlərinə görə, Ermənistan Türkiyə ilə dialoq prosesi nəticəsində Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin qurulacağını və iki ölkə arasında sərhədin açılacağını gözləyir.

Ermənistan və Türkiyənin xüsusi nümayəndələri yanvarın 14-də Moskvada ilk görüşünü keçirəcəklər.