Entoni Fauç "Omicron"-un pandemiyanın son dalğası olub-olmamasını demək üçün olduqca tez olduğunu bildirir
Entoni Fauç "Omicron"-un pandemiyanın son dalğası olub-olmamasını demək üçün olduqca tez olduğunu bildirir

 

ABŞ-ın Allergiya və Yoluxucu Xəstəliklər Mərkəzinin direktoru, Ağ Evin baş tibb məsləhətçisi, həkim Entoni Fauç bildirir ki, koronavirusun “Omikron” variantının pandemiyanın son dalğası olub-olmadığını söyləmək üçün hələ tezdir.

Elm adamlarının bir hissəsi, “Omicron”-nun əvvəlki variantlardan qat-qat yoluxucu olduğunu, lakin daha az ağır gedişatının olmasını, bunun da ola bilsin pandemiyanın sonuna işarət etdiyini bildirir. Lakin, Fauç qeyd edir ki, buna dair hələ də heç bir zəmanət yoxdur.

“Ümid edirəm ki, bu belədir. Lakin bu, yalnız əvvəlki variantın immun reaksiyasından yayınan başqa bir variantın olmayacağı təqdirdə belə olacaq”- deyə Fauç virtual konfransda çıxışında bildirib.

Bununla yanaşı, Fauçun sözlərinə görə, “Omicron” “Covid-19”-un son versiyası olsa belə, bu, virusun yekun olaraq məğlubiyyəti demək deyil. Böyük ehtimalla o cəmiyyətdə endemik səviyyədə qalacaq.

“Nəzarət onun yenə də mövcud olacağı, lakin cəmiyyətə mane olmayan səviyyədə qalacağı deməkdir. Bu xəstəliyi tamamilə aradan qaldırmaq mümkün deyil. Lakin, onun normal sosial, iqtisadi və digər əlaqələri pozmayacaq şəkildə aşağı səviyyədə olacağına ümid edirəm” – deyə Fauç bildirib.