Entoni Blinken və Nikol Paşinyan ABŞ və Ermənistan arasında münasibətlərin dərinləşməsi məsələsini müzakirə ediblər

12:36, 14.09.2024

ABŞ dövlət katibi Entoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı keçirib və söhbət zamanı iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi məsələsi müzakirə olunub.

Dövlət Departamentinin press-relizində qeyd edildiyi kimi, söhbət zamanı Blinken Ermənistan və Azərbaycan arasında davamlı və ləyaqətli sülhün vacibliyini təsdiqləyib. Dövlət katibi həmçinin sərhədlərin delimitasiyası üzrə saziş də daxil olmaqla, tərəflər arasında münasibətlərin normallaşdırılması sahəsində son irəliləyişləri alqışlayıb.

Blinken və Paşinyan, həmçinin ABŞ-Ermənistan əlaqələrinin genişləndirilməsi, o cümlədən enerji, ticarət və investisiya, eləcə də təhsil sahəsində əməkdaşlığı müzakirə ediblər. Dövlət katibi ABŞ-ın erməni xalqına və daha geniş Qafqaz regionuna fayda verən firavan, demokratik və müstəqil Ermənistanı dəstəkləmək üçün davamlı səylərə sadiqliyini bir daha təsdiqləyib.

Oxşar