Entoni Blinken Rəcəb Tayyib Ərdoğanla görüşüb

10:16, 13.12.2024

ABŞ dövlət katibi Entoni Blinken Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Türkiyənin xarici işlər naziri Hakan Fidaninin də iştirak etdiyi görüş Ankarada keçirilib.

Ərdoğan və Blinken Suriyadakı hadisələri müzakirə ediblər.

“Türkiyə prezidenti beynəlxalq ictimaiyyəti Suriyada institutların yenidən qurulması üçün birgə işləməyə çağırıb”. – Ərdoğan administrasiyasının bəyanatında deyilir.

Ərdoğan həmçinin Blinkenə bildirib ki, Türkiyə Suriyada terrorçu hesab etdiyi bütün təşkilatlara qarşı öz milli təhlükəsizliyi üçün qabaqlayıcı tədbirlər görəcək.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin yaydığı bəyanatda qeyd edildiyi kimi, Blinken Suriya hökumətinin hesabatlı və əhatəli hökumətə çevrilməsində dəstək verməsinin ABŞ və Türkiyənin ortaq maraqlarına uyğun olduğunu bildirib.

Oxşar