Entoni Blinken Qəzzada olan amerikalı girovların ailələri ilə görüşüb
Entoni Blinken Qəzzada olan amerikalı girovların ailələri ilə görüşüb

 
ABŞ dövlət katibi Entoni Blinken Qəzzada olan amerikalı girovların ailələri ilə görüşüb. Bu haqda Blinken jurnalistlərə açıqlayıb.

“Mən indilərdə Qəzzada amerikalı girovların ailələri ilə görüşdüm. Hər birimiz üçün özümüzü onların yerinə qoymaq və bu qədər aydır hiss etdiklərini hiss etmək çətindir. Prezident Baydenin təqdim etdiyi razılaşma girovları geri qaytarmağın ən yaxşı yoludur. BMT-nin Təhlükəsizlik Şurası bütün beynəlxalq ictimaiyyət adından çıxış edərkən dünyanın bunu istədiyini açıq şəkildə göstərdi”- Blinken qeyd edib.

Dövlət katibi həmçinin qeyd edib ki, BMT-nin Qəzzada atəşkəslə bağlı qəbul etdiyi qətnaməsinin “HƏMAS” tərəfindən dəstəklənməsi ümidvericidir.

Məlumat üçün bildirək ki, BMT-nin Təhlükəsizlik Şurası ABŞ-ın hazırladığı İsrail və Qəzza arasında atəşkəs planını dəstəkləyib. 14 üzv qətnaməni dəstəkləyib, Rusiya isə səsvermədə bitərəf qalıb. Plan yekun atəşkəsi, “HƏMAS” tərəfindən saxlanılan girovların azad edilməsini, həlak olmuş girovların cəsədlərinin qaytarılmasını və fələstinli əsirlərin mübadiləsi şərtlərini ehtiva edir.